Quba rayonunun inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkarlanıb.
Shimal.News xəbər verir ki, araşdırmalar zamanı əməli törədənlərin Rustov kənd sakinləri Nicat Baxışov, Firuz Baxışov, eləcə də Tülər kənd sakinləri Şəhriyar Qayıbov və Qalib Məhsimov olduğu müəyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən faktlarla bağlı adıçəkilən şəxslər barəsində akt və protokollar tərtib olunaraq qanunvericiliyə uyğun tədbirlər görülüb. Qanunsuz fəaliyyət göstərən kömür quyuları isə ləğv edilib.