Fevralın 1-i saat 21:00 radələrində Bakı–Quba avtomobil yolunun Siyəzən rayonu ərazisində bacı-qardaşın qəzada həlak olmaları barədə xəbər vermişdik.
Shimal.News xatırladır ki, "Chevrolet" markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan "Volvo" markalı yük avtomobilinə çırpılıb.
Nəticədə minik avtomobilində olan sərnişinlər – sürücünün qohumları, 20 yaşlı Səma Mirzəyeva və onun 24 yaşlı qardaşı Ramal Mirzəyev hadisə yerində həyatını itirib.
Qəzada faciəvi şəkildə həlak olan Səma Mirzəyeva Bakı Dövlət Universitetinin (BDU) tələbəsi olub.
Universitetdən bildirilib ki, o, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin "Dövlət və ictimai münasibətlər" ixtisası üzrə III kursda təhsil alırdı. Ramal Mirzəyev isə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin məzunu olub.