Zaqatala rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, hadisə Zaqatala–Danaçı–Aşağı Çardaqlar avtomobil yolunda qeydə alınıb.
Xəsarət alanlar Aşağı Çardaqlar kənd sakinləri – 60 yaşlı Rəsul Bədirov, 23 yaşlı Məhəmməd Osmanov, 28 yaşlı Səbuhi Sofiyev və onun 25 yaşlı qardaşı Vasif Sofiyevdir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, Vasif Sofiyev və Rəsul Bədirovun müalicəsi xəstəxanada davam etdirilir. Digər iki nəfərə isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.