Qusar şəhərində yanğın baş verib.
Shimal.News xəbər verir ki, hadisə günorta saatlarında Heydər Əliyev prospektində qeydə alınıb. Maqsud Əhmədova məxsus obyektin alışdığı bildirilir.
Motel, avto-yuma və kafe kimi fəaliyyət göstərən, ümumi sahəsi 450 kvadratmetr olan iaşə obyektinin yarıdan çox hissəsi yanıb.
Hadisə yerinə Qusar Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin əməkdaşları cəlb olunub və yanğın qısa zamanda söndürülüb.