İkinci Liqada çıxış edən "Şəki Siti" klubunun futbolçusu Nihat Fərəcinin adının hallandığı bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.
Qafqazinfo.az-ın məlumatına görə, insident Gəncədə baş verib. Hadisə zamanı "Kəpəz"in futbolçusu Veysəl Rzayev dostunu – hazırda "Şəki Siti"nin formasını geyinən Nihat Fərəcini – qorumaq istəyərkən bıçaq xəsarəti alıb.
Bildirilir ki, tərəflər iki xanımla birlikdə restoranda istirahət etdikdən sonra gecə saat 04:00 radələrində məkandan çıxıblar. Bu zaman xanımlardan birinin keçmiş sevgilisi onların qarşısını kəsib və mübahisə yaranıb. Qarşı tərəfin Nihat Fərəciyə bıçaqla hücum etməyə cəhd göstərdiyi, Veysəl Rzayevin isə özünü irəli verdiyi qeyd olunur.
Nəticədə Veysəl Rzayev ağır yaralanıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.