top
Qamqam kəndinin harayı - 1 ilə yaxındır sel fəsadları olduğu kimi qalıb - VİDEO
Video
02 fevral 2026, 17:36
- +

Qamqam kəndinin harayı - 1 ilə yaxındır sel fəsadları olduğu kimi qalıb - VİDEO

Qubanın Qamqam kəndində təxminən 10 ay əvvəl baş verən sel fəlakəti kənd sakinlərinin həyatını ciddi şəkildə çətinləşdirib.

Shimal.News xəbər verir ki, bu günədək çıxılmaz vəziyyətdə qalan sakinlər gediş-gəlişi təmin etmək üçün öz imkanları hesabına taxtadan müvəqqəti körpü inşa ediblər. Lakin həmin körpü təhlükəsizlik tələblərinə qətiyyən cavab vermir.

Yol infrastrukturunun yararsız hala düşməsi, eləcə də köhnə körpünün ətrafında torpaq yolun sürüşməsi xüsusilə məktəblilərin və yaşlı insanların gündəlik həyatını dözülməz həddə çatdırır.

Qeyd edək ki, ötən ilin aprel ayında Cağacuq çayına gələn güclü sel sözügedən fəsadlara səbəb olub. Həmin dövrdə Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, təkcə Qamqam kəndində deyil, ümumilikdə şimal bölgəsində son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində bir sıra yaşayış məntəqələrində sel və torpaq sürüşməsi halları qeydə alınıb:

"Yaranmış vəziyyət nəzarətdə saxlanılır və zəruri istiqamətlərdə fəsadların aradan qaldırılması, o cümlədən körpü ilə bağlı tədbirlərin görülməsi istiqamətində işlər mərhələli şəkildə aparılır".

Artıq iki aya yaxın vaxtdır ki, hadisənin üzərindən bir il tamam olur, lakin məsələ hələ də "nəzarətdə saxlanılır". Sakinlər həyatlarını riskə atmamaq üçün məsul qurumların konkret addımlar atmasını tələb edirlər.


Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:30

Zaqatalada ağır yol qəzası: 4 nəfər xəsarət aldı

Bütün xəbərlər
Dünən, 17:03

Qusarda Maqsudun obyekti yandı - VİDEO

Bütün xəbərlər
Dünən, 16:16

Qəbələdə "Qış nağılı" Musiqi Festivalı başlayır

Bütün xəbərlər
Dünən, 15:30

Xaçmazda "ASAN Səyyar" yeni ÜNVANDA

Bütün xəbərlər
Dünən, 14:43

"Şəki Siti"nin futbolçusunu qorumaq istəyən Veysəl Rzayev bıçaqlandı

Bütün xəbərlər
Dünən, 13:52

Qəzada ölən bacı-qardaş dəfn edildi - VİDEO

Bütün xəbərlər
Dünən, 13:29

"Qəbələ" - "Turan Tovuz" matçının tarixi açıqlanıb

Bütün xəbərlər
Dünən, 12:38

Qəzada ölən Ramalın FOTOSU

Bütün xəbərlər
Dünən, 11:40

Yevlaxda "Şamaxı"nın bayrağını oğurladılar

Bütün xəbərlər
Dünən, 10:45

Şabranda yol infrastrukturu təmir olunur – VİDEO

Bütün xəbərlər
Dünən, 10:03

Şabranlı Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Bütün xəbərlər
Dünən, 09:23

Şəkidə "Cənnət yuxusu" göstərilib - FOTO

Bütün xəbərlər
02 fevral 2026, 18:34

Şimalda güclü külək əsəcək

Bütün xəbərlər
02 fevral 2026, 17:15

"Şimal" FK yeni transfer edib

Bütün xəbərlər
02 fevral 2026, 16:17

Şamaxıda Gənc Tibb İşçilərinin Konfransı keçirilib

Bütün xəbərlər
02 fevral 2026, 15:20

Qusarda bu şəxslər üçün bina inşa olunur

Bütün xəbərlər
02 fevral 2026, 14:20

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu keçirib - VİDEO

Bütün xəbərlər
02 fevral 2026, 13:41

Qəzada ölən 20 yaşlı Səmanın FOTOSU

Bütün xəbərlər
02 fevral 2026, 12:40

Bəzi rayonlara qar yağacaq

Bütün xəbərlər
02 fevral 2026, 11:42

Bakı-Quba yolunda dəhşətli qəza: Bacı və qardaş həlak oldular

Bütün xəbərlər
02 fevral 2026, 10:46

Prezident Azərbaycan gənclərini təbrik edib

Bütün xəbərlər
02 fevral 2026, 10:39

İki gəncin davası qanla bitdi

Bütün xəbərlər
02 fevral 2026, 09:45

Mehriban Əliyeva Gənclər Günü münasibətilə paylaşım etdi

Oxşar xəbərlər