Energetika naziri Pərviz Şahbazov 06 fevral tarixində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Shimal.News xəbər verir ki, görüş saat 11:00-dan başlayaraq Quba rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ4000, Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) keçiriləcək.
Qəbula iştirak etmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova) müraciət etmək mümkündür.