top
Muxax kəndində içməli su problemi ötən əsrdən davam edir
Bu gün, 10:55
- +

Muxax kəndində içməli su problemi ötən əsrdən davam edir

Zaqatala rayonunun Muxax kəndində ötən əsrin 80-ci illərində çəkilən su xətləri istismar müddətini başa vurub, mövcud filtrlər isə yararsız vəziyyətə düşüb.

Bizim.Media-nın məlumatına görə, mənbəyini Böyük Qafqazdan götürən Muxaxçay xüsusilə yaz və payız aylarında yağıntılar zamanı lilli və bulanıq olur. Əhali sayı təxminən 10 min nəfər olan Muxax və qonşu Zəyəm kəndlərinin içməli su təminatı məhz bu çaydan həyata keçirilir.

Sakinlərin bildirdiyinə görə, son illər sel və daşqınlar zamanı suyun içinə çör-çöp və tullantılar qarışır, bu da suyu içilməz hala salır. Kənddə köhnəlmiş xətlər və sıradan çıxan filtrlər vəziyyəti daha da çətinləşdirib.

Muxax sakinləri su xəttinin nəzarətə götürülməsini, yeni layihənin hazırlanmasını və su mənbəyində müasir filtrlərin quraşdırılmasını tələb edirlər.

Kənd icra nümayəndəsi Səlahəddin Adamov bildirib ki, mövcud xətlər və su anbarları 1980-ci illərdə inşa olunub və son yağışlar filtr problemlərini üzə çıxarıb. Onun sözlərinə görə, Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin köməyi ilə problem müvəqqəti olaraq aradan qaldırılıb və hazırda borcların mərhələli yığılması, eləcə də yeni işlərin başlanması üçün müvafiq qurumlarla razılaşmalar aparılır.

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə bildirilib ki, yaranan problem qısa müddətdə həll olunub və yaxın dövrdə vəsait toplandıqdan sonra əsaslı işlərə başlanması nəzərdə tutulur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:30

Qəbələnin kəndlərinə gediş-gəliş çətinləşdi

Bütün xəbərlər
Bu gün, 11:51

Ödənişli yollarda sürət həddi müəyyənləşir

Bütün xəbərlər
Bu gün, 10:11

Şiddətli geomaqnit qasırğası olacaq

Bütün xəbərlər
Bu gün, 09:24

Quba-Xaçmaz yolu buz bağlayıb - FOTO

Bütün xəbərlər
Dünən, 14:00

İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO

Bütün xəbərlər
17 yanvar 2026, 18:30

Sabah şimalın havası necə olacaq?

Bütün xəbərlər
17 yanvar 2026, 17:40

20 yaşlı qız dəm qazından zəhərləndi

Bütün xəbərlər
17 yanvar 2026, 17:00

Padarın keçilməz yolları

Bütün xəbərlər
17 yanvar 2026, 16:20

Onlara 46 gün məzuniyyət veriləcək - TƏSDİQLƏNDİ

Bütün xəbərlər
17 yanvar 2026, 15:30

Balakəndə sel təhlükəsi

Bütün xəbərlər
17 yanvar 2026, 14:40

"Şamaxı" milli komandaya qarşı

Bütün xəbərlər
17 yanvar 2026, 13:50

286 nəqliyyat vasitəsi hərraca çıxarılır

Bütün xəbərlər
17 yanvar 2026, 12:50

Maqnit qasırğalarının sayı artacaq

Bütün xəbərlər
17 yanvar 2026, 11:54

Sakinlərin mal-qarasını dələduzluqla ələ keçirən tutuldu

Bütün xəbərlər
17 yanvar 2026, 11:10

Yol Polisi sürücülərə müraciət edib

Bütün xəbərlər
17 yanvar 2026, 10:10

Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçiriləcək

Bütün xəbərlər
17 yanvar 2026, 09:20

Bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Bütün xəbərlər
16 yanvar 2026, 19:04

Azad Cəfərli Xaçmazda vətəndaşları qəbul edib - FOTO

Bütün xəbərlər
16 yanvar 2026, 18:35

Bu kənddə ödəniş terminalı YOXDUR

Bütün xəbərlər
16 yanvar 2026, 17:46

Bayramlar üst-üstə düşəndə məzuniyyət necə hesablanacaq?

Bütün xəbərlər
16 yanvar 2026, 17:45

Maaşdan aliment tutulmasına yeni norma müəyyənləşdi

Bütün xəbərlər
16 yanvar 2026, 17:45

Məsafədən (distant) iş əmək müqaviləsi ilə tənzimlənəcək

Bütün xəbərlər
16 yanvar 2026, 17:44

Bu hallarda işçilərin ailə vəzifələri nəzərə alınacaq

Oxşar xəbərlər