Xudat şəhərin bəzi küçələrində illərdir içməli su yoxdur.
Baku TV-nin məlumatına görə, sakinlər kilometrlərlə aralı məsafədən suyu daşıyır yaxud pulla gətirməli olur. Bu hal Şəhərin Səttərxan, 1 May, Babək, Zərdabi, Şıxlinski, Şəhriyar və bir çox küçələrində yaşanır.
“Su üzünə həsrətik. Yay oldu demək olar ki, içməyə su tapılmır. Narahat olmayın düzələcək deyirlər, amma heç gələn düzələn bir şey yoxdur”, - deyə sakin Rəşad Şahbuzov bildib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, Səttərxan, 1 May və Babək küçələrində yalnız yay aylarında təminatda fasilələr yaranır. Onun azaldılması istiqamətində yeni layihə hazırlanıb, Şollar su kəmərindən əraziyə xətt çəkiləcək.