Xudatda zədəli su borusu təmir edilib. ShimalNews xəbər verir ki, məsələ gündəmə gətirildikdən sonra aidiyyatı qurumlar reaksiya verib.
Sakinlərin su ilə bağlı yaşadığı çətinlik aradan qaldırılıb. Borular təmir olunub, içməli suyun küçəyə axmasının qarşısı alınıb.
Qeyd edək ki, Molla Pənah Vaqif küçəsində yaşayan sakinlər 2 həftəyə yaxın müddətdə içməli suyun israf olunduğunu bildirmişdilər.