Xaçmazın Xudat şəhərində içməli su küçəyə axır.
“ShimalNews” xəbər verir ki, bu barədə Molla Pənah Vaqif küçəsinin sakinləri məlumat verib. Onlar bildiriblər ki, bu problem 2 həftəyə yaxındır davam edir, içməli su israf olunur:
“Son 1 il ərzində küçəyə su axmırdı. Kaspi Plaza şadlıq evi özü üçün xətt çəkdi və bizim istifadə etdiyimiz su borusunu zədələdi. Baxmayaraq ki, 2-3 dəfə təmir işləri aparıldı, amma indi elə bil küçə boyu çay axır”.
Həmin ərazidən olan görüntünü tədqim edirik:
[video width="464" height="848" mp4="https://shimal.news/storage/photos/2024/08/IMG_5306_1.mp4"][/video]