Anbardan əhaliyə verilən su boruları vaxtında təmizlənmir… Digər tərəfdən su fasilələrlə verildiyindən problem yaranır...
Xezerxeber.az-ın məlumatına görə, bunu Xaçmazın Xudat şəhər sakinləri bildirib.
Onların sözlərinə görə, Şollar suyunun əsas mənbəyi bu bölgədən keçsə də, şəhərin bir çox küçəsində yaşayan insanlar içməli sudan istifadə edə bilmirlər. Xüsusilə Səttərxan, Babək, Şıxlinski, Axundov və digər küçələrdə su təminatı ya yoxdur, ya da fasilələrlə verilir.
Sakinlər məcbur qalıb suyu ya pulla alır, ya da uzaq məsafələrdən daşıyırlar. Bu, həm maddi çətinlik yaradır, həm də gündəlik həyatı çətinləşdirir. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem hələ də həll edilməyib.
Məsələyə aidiyyəti qurumdan da münasibət bildirilib. Deyilib ki, layihə hazırlanıb, onun icrasına maddi vəsait ayrılanda başlanılacaq.