Xudatın 4-cü şöbəsində 1 ildir qaz xəttləri çəkilib, amma sakinlər ondan istifadə edə bilmirlər.
Xezerxeber.az-ın məlumatına görə, həmin vətəndaşların çıxarışları yoxdur. Bu səbəbdən onlar sayğac almaqda çətinlik çəkirlər.
Yeni qaydalara əsasən artıq fərdi yaşayış evlərinə hər hansı sayğacın quraşdırılması üçün rəsmi sənədlərin olması vacibdir.
Sakinlərin iddiasına görə, podratçı şirkət 24 şəxsdən pul yığıb. Ancaq yarımçıq qalan işlər başa çatdırılmayıb.
Azəriqaz İstehsalat Birliyindən isə bildirildi ki, məsələdən agahdırlar. Vətəndaşlar əvvəlcə mənzillərinə çıxarış alıb sonra Azəriqaza müraciət etməlidirlər.