AFFA U-14 Liqasında çıxış edən "Xudat City"in baş məşqçisi 4 oyunluq diskvalifikasiya olunub.
Shimal.News xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
"Xudat City" - "Siyəzən" oyununda ev sahiblərinin baş məşqçisi Mehran Vəlixanov qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldıqdan sonra hakimləri təhqir etdiyi üçün cəzalandırılıb.