Xaçmaz rayonunun Mürşüdoba və bir sıra kəndlərində illərdir ki, elektrik şəbəkəsi ilə bağlı yaşanan sıxıntı davam edir.
Sakinlərin Shimal.News-a bildirdiyinə görə, xüsusilə axşam saatlarında və ya yağıntılı hava şəraitində gərginlik çox zəifləyir.
“Xahiş edirik, bu biabırçılığa bir baxın. Kəndlilər illərdir eyni vəziyyətdən əziyyət çəkir. Cavabdeh qurumlardan kömək istəyirik. Axşam gəlib öz gözlərinizlə görsəniz, vəziyyətin necə acınacaqlı olduğunu anlayarsınız”, - deyə sakinlər şikayət ediblər.
Təqdim olunan videoda elektrik gərginliyinin normadan iki dəfə aşağı olması, lampaların isə sayrışaraq güclə yanması müşahidə olunur.
View this post on Instagram