Xaçmazda 72 abonenti olan Ağçay kəndinin qazlaşdırılması baş tutub.
Shimal.News məlumat verir ki, məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış edib.
Bildirilib ki, hazırda daha 2 yaşayış məntəqəsi – Xudat şəhər 4-cü şöbə və Nağıoba kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. Yaxın vaxtlarda hər 2 yaşayış məntəqəsinə də təbii qaz veriləcək.