Sabah Xaçmaz rayonunun bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
ShimalNews Xaçmaz Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, sentyabrın 10-u saat 9:00-dan etibarən Xudat şəhəri istiqamətində istismarda olan qaz xəttinin kipliyə yoxlanılması işləri aparılacaq.
Qaz təchizatı dayandırılan müddətdə 24 kənd (6935 abonent), şəhər (2346 abonent) və 1 qəsəbə (1137 abonent) olmaqla, ümumilikdə 10.418 abonentin qaz təchizatında fasilə yaranacaqdır.