Xaçmaz rayonunun bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
ShimalNews Xaçmaz Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Niyazabad kəndi istiqamətində istismarda olan orta təzyiqli qaz xəttinə kompensatorun quraşdırılması ilə əlaqədar 7 oktyabr saat 09:30-dan qaz təchizatı daxildən dayandırılması planlaşdırılmışdır.
Qaz təchizatı dayandırılan müddətdə 6 yaşayış məntəqəsi olmaqla ümumilikdə 5200 abonentin qaz təminatında fasilə yaranacaq.