Bu gün gecə saat 01:44-də Xaçmaz şəhərinə elektrik enerjisinin təminatında fasilə yaranıb.
Shimal.News xəbər verir ki, sakinlər son günlər bu cür halların tez-tez baş verməsindən şikayət edirlər.
“Xaçmaz və kəndlərində vəziyyət eynidir, hər yerdə işıqlar sönür. Əvvələr bu az-az baş verərdi, son aylarda isə artıb fasilələri. Qaynar xəttə zəng vurursan deyirlər ki, təmir gedir. Bunların təmiri yay və qış bitmir”, - deyə sakinlər bildirib.
Apa-nın məlumatına görə, "Azərişıq" ASC bildirilib ki, elektrik enerjisinin verilməsində məhdudiyyətlər hava şəraiti ilə əlaqədardır.