Xaçmaz rayonunun Həbibkənd kəndində qaz borularının bərkidildiyi dirəklər əyilib və hər an qopa bilər.
Xezerxeber.az-ın məlumatına görə, Nəsrullayevlər ailəsi bir-neçə ildir şəxsi təsərrüfat sahələrinin yanından keçən qaz xətti ilə bağlı yaranan vəziyyəti həll edə bilmirlər.
Digər sakinlər də bildirirlər ki, boruların keçdiyi yer avtomobil yoluna yaxın olduğu üçün onları aşağı salmaq mümkün deyil. Bu zaman da hərəkətə mane olma məsələsi üzə çıxacaq. Yuxarı qaldırsalar elektrik xəttləri var.
Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, indiyədək heç bir tədbir görülməyib.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi məsələnin yaxın günlərdə həll olunacağı bildirilib.