Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsində natəmizlik yaranıb.
Shimal.News xəbər verir ki, Nəriman Nərimanov 66-66a ünvanında ("Ay işığı" kafesinin yaxınlığı) bir neçə yerdə zibil qutuları olsa da, bəzi insanlar tullantıları küçəya atır.
Sözügedən natəmizlik əsasən gecə saatlarında baş verir. Ətrafa qalaqlanan zibil antisanitar vəziyyət yaratmaqla yanaşı, yerli sakinlərin narazılığına səbəb olub.