Xaçmaz şəhərində evlərə verilən su yetərincə təmiz olmadığı üçün sakinlər düşünərək yeni çıxış yolu tapıblar. Zəfər parkının yaxınlığında suyu saf və yüngül olan bulaq var. Lakin onun qədrini bilməyən bəzi şəxslər su tədarük olunan yerdə antisanitar vəziyyət yaradır.
Shimal.News-un əldə etdiyi məlumata görə, buradan ən çox su daşıyan ətrafda yaşayan insanlardır:
“Buradakı artezian suyu kükürdlü, təmiz, yüngül sudur. Çaydanlar belə ərp bağlamır. Evlərə gələn su belə təmiz olmadığı üçün, içməyə buradan su aparırıq. Hətta gecə vaxtları növbələr olur burada”, - deyə sakinlər bildirib.
Yaxınlıqda zibil qutuları olsa da, sözügedən yerdə insanlar tərəfindən yaradılan natəmizliyin görüntülərini təqdim edirik: