Xaçmazın İzmayılovka kimi tanınan ərazisində elektrik dirəyi qəzalı vəziyyətdədir.
Shimal.News xəbər verir ki, insanlar üçün təhlükəli vəziyyət Ramil Sadıqov 58 ünvanında yaranıb.
Burada yaşayan sakinlər bildirir ki, ən çox uşaqlara görə narahatdırlar. Hər an onların həyatı risk altında ola bilər. Vətəndaşlar “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yerli idarəsinə və qaynar xəttinə müraciət etsələr də, heç bir tədbir görülmür.