Xaçmaz rayonunda içməli su ilə təmin olunmayan sakinlər acınacaqlı halla rastlaşıblar. Onların gözü qarşısında zədəli borudan küçəyə su axır.
Bu barədə Shimal.News-a məlumat verən vətəndaşlar bildirirlər ki, bu hal Xudat şəhərinin M.P.Vaqif küçəsində müşahidə olunur.
Artıq 1 ildən çoxdur ki, Xaçmaz Sukanal Sahəsi məsələnin həllində uğursuz addımlar atır. Borunun müxtəlif hissələrinə yamaq və çüy vurulsa da, müvəqqəti olan bu tədbir nəticə vermir və su yenidən küçəyə axır. Təzyiq azalanda isə, artıq çirkli su xəttə geri dolur.
Sözügedən ərazidə cəmi bir neçə ev içməli su xətti ilə təmin edilib. Digər sakinlər isə lazım olan suyu pulla müxtəlif vasitələrlə əldə edirlər.