Xaçmaz şəhərində çoxmənzilli binaların dam örtüyünün yenilənməsi işlərinə başlanılıb.
Shimal.News Xaçmaz şəhər inzibati ərazi dairəsinə istinadən xəbər verir ki, təmir işləri Nəriman Nərimanov və H.Z.Tağıyev küçələrində aparılır.
Eyni zamanda H.Z.Tağıyev küçəsində binaların üz fasadlarının da təmiri də nəzərdə tutulub.
Xatırladaq ki, ötən il Nəriman Nərimanov küçəsində 68 B saylı, Xurşidbanu Natəvan küçəsində 27 A saylı, H.Z.Tağıyev küçəsində 6 saylı, Heydər Əliyev prospektində 30 saylı yaşayış binalarında dam örtüklərinin əsaslı təmir edilərək tamamən yenilənməsi haqda xəbər vermişdik.