Xaçmazda yüksək gərginlik elektrik xətlərinin çəkilməsi narahatlığına səbəb olub.
Bu barədə Shimal.News-a sakinlər məlumat veriblər. Onlar bildiriblər ki, Yusif Müşküri küçəsində elektrik dirəkləri evlərin bir neçə metrliyindən keçir.c:
"Hətta bəzi yerlərdə xətlər həyətlərin, tikililərin üzərindən keçir. Müvafiq qurum yolun əks tərəfi boş olsa da, dirəkləri orada basdıra bilsə də, bilinməyən səbəbdən evlərin bir addımlığında işi icra ediblər. Bu həm təhlükədir, həm də gələcəkdə mülkiyyətimizə sənəd ala bilməyəcəyik" - deyə sakin Tofiq Məmmədov vurğulayıb.
Vətəndaşlar həmçinin qeyd ediblər ki, əraziyə Xaçmaz rayon İcra Hakimiyyətinin və “Azərişıq”-ın rəsmiləri baxış keçirəndə, onlara da iradlar bildirilib. Lakin nəticə əldə olunmayıb.