Xaçmaz şəhərində qəza vəziyyətində olan işıq dirəyi sakinlərin narahatlığına səbəb olub.
Shimal.News-a müraciət edən yerli sakinlərin sözlərinə görə, sözügedən dirək “Ariz” şadlıq sarayından təxminən 50 metr məsafədə, “Azərişıq” idarəsinin cəmi 200 metrliyində yerləşsə də, indiyədək heç bir tədbir görülməyib.
“Bu məsələ ilə bağlı dəfələrlə müraciət etmişik. Amma nə baxan var, nə də maraqlanan. Dirək hər an aşıb yolun ortasına, ya da piyadaların üstünə düşə bilər!”, – deyə sakinlər bildirir.
Onlar aidiyyəti qurumlardan vəziyyətə ciddi yanaşmağı və təhlükəli dirəyin vaxtında dəyişdirilməsini tələb edirlər.