“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Xaçmaz və Qusar rayonlarının sakinlərini qəbul edib.
ShimalNews xəbər verir ki, görüş Xaçmaz şəhərində təşkil edilib. Qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq və aidiyyəti şöbələrin icraatına göndərilib.