Xaçmazın 16 yaşayış məntəqəsində 800 abonentin qaz təchizatında fasilə yaranıb.
Shimal.News Xaçmaz Regional Qaz Istismarı İdarəsinə istinadən bildirir ki, həmin qurum tərəfindən texniki işlər aparılır. Qusarçay kəndi istiqamətində istismarda olan yeraltı qaz xəttinə Xaçmaz şəhərinin H.Əliyev prospektində yeni çəkilmiş xəttinin qoşulması icra olunacaq.
Günün birinci yarısında işlərin yekunlaşdırılması gözlənilir.