Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Xaçmaz rayon ərazisində əkin sahələrinin suvarma suyu ilə və əhalinin fasiləsiz içməli su ilə təmin olunması istiqamətində tədbirlər həyata keçirir.
Apa.az-ın məlumatına görə, idarə tərəfindən əkin sahələrinə suvarma suyunu çatdırmaq üçün 2180 km-ə yaxın suvarma kanallarından istifadə olunur. Onların 278 km-i beton üzlüklü, 114 km-i qapalı, 2.56 km-i nov kanal, 1783 km-i isə torpaq məcralıdır.
Xaçmaz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi isə selə qarşı mübarizə tədbirləri aparır. Bunun üçün texnikalar vasitəsilə çay məcralarında təmizləmə işləri də plana uyğun olaraq həyata keçirib.
Bundan başqa rayon ərazisində içməli su təchizatı və kanalizasiya şəbəkəsinə xidmət məqsədi ilə idarə əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.