Xaçmaz rayonunda yerləşən istirahət mərkəzi yay mövsümünü elan edib. Bu haqda 13 iyun tarixində ShimalNews Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə istinadən məlumat verir.
“Dənizçi” İstirahət Mərkəzində 15 iyun tarixindən 2, 5 və 7 günlük yollayışlarla dincəlmək olar. Daş evlərdə qiymətlər 1 nəfər üçün 30 manat müəyyənləşdirilib. Mərkəzdə 6 yaşınadək uşaqların istirahəti pulsuz olacaq.
ASCO-nun işçiləri və onların ailə üzvləri üçün yollayışların dəyərinin ?? manatını Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ödəyəcək.
Yay istirahət mövsümü 15 sentyabra kimi davam edəcək.