Xaçmazda ərzaqların qiymətlərini müşahidə edirik. Bu dəfə ShimalNews 30 dekabr tarixində oxucuları üçün bazarda olan qiymətləri öyrənib.
Bayram ərəfəsində bir sıra tələbatlı məhsulların ortalama qiymətləri aşağıdakı kimidir:
Quşlar (1 ədəd): Hindtoyuğu 35-60 manat, kənd çolpası 12-15 manat, qaz 30-35 manat, ördək 12-15 manat. Balıq 1 kq: kütüm 15-17 manat, çəki 11 manat.
Meyvə-tərəvəz 1 kilo: pomidor 3 manat, xiyar 4.50 manat, yerkökü 1 manat, kələm 0.3 manat, narıngi 1.5-2 manat, portağal 2 manat, kivi 3 manat, nar 2-3 manat, banan 3 manat, üzüm 3 manat.
Sakinlər bildirirlər ki, bu il buğdanın qiyməti ucuz olsa da, ev quşlarının qiyməti dəyişməyib.
