Xaçmaz, Quba, Qusarda şəkər tozunun qiymətində artım var. Bu barədə ShimalNews 27 iyun tarixində məlumat verir.
Bir neçə gün öncə qiymət 1.55-1.57 manat olub, hazırda isə 1.65-1.90 manat aralığında dəyişir. Eyni zamanda qıtlıq var.
Satış nöqtələrindən bildirilib ki, tələbat artdığından bəzi marketlər satışı dayandırıb. Onlar qiymətin daha yüksək olmasını gözləyirlər.
Qusarda belə bir hal var ki, dükan 1 nəfərə yalnız 2 kq şəkər tozu satır. Bu, hər müştərinin tələbatını ödəmək üçün tətbiq olunur.
Sakinlər eyni vəziyyətin hər il təkrarlandığını bildirirlər. Mövsümlə əlaqədar mürəbbə və digər bağlamalar hazırlandığına görə şəkər tozu çox miqdarda alınır.