Son dövrlərdə Xaçmaz şəhərinin mərkəzi küçələrində tullantıların vaxtında daşınmaması, qalaqlanması kimi hallara tez-tez rast gəlinir.
Shimal.News-a danışan sakinlər qeyd edirlər ki, Nəriman Nərimanov prospektində, Heydər Əliyev mərkəzinin arxasında (Seval marketin yanı) tullantılar günlərlə daşınmır:
"Bura Xaçmaz şəhərində əhalinin ən sıx məskunlaşdığı yerlərdəndir. Günlərlə zibillər daşınmır, qalaqlanıb antisanitar vəziyyət yaradır. Ərazidən keçmək olmur. Zibillərin üzərinə itlər yığışır, tullantıları küçə boyu dağıdırlar. Bu halın aradan qaldırılması vacibdir. Ərazidən ya tullantılar vaxtında daşınmalıdır, ya da zibil qabları üçün elə yer ayrılmalıdır ki, gediş-gəlişin sıx olduğu yerdə ürəkbulandırıcı mənzərə ortaya çıxmasın".