Ölkədə vətəndaşların inanmadığı və etibar etmədiyi yetərincə stomatoloq var.
Shimal.News xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada təşkil olunan brifinqdə deyib.
Onun sözlərinə görə, bu da onların fəaliyyətinin və iş keyfiyyətinin aşağı olduğunu bildirir.
İcraçı direktor stomatoloqlara yayda ciddi xəbərdarlıq olunduğunu xatırladıb:
“Bölgələrdə bəzi tibb müəssisələrində stomatoloq ştatının ləğv olunması ilə bağlı xəbərdarlıq edilib. Bu proseslər qanunvericiliyə uyğun aparılır".
Sonra o, fikrini davam edib:
“Ölkə üzrə elə tibb müəssisələrimiz var ki, bir vətəndaş müraciəti də yoxdur. Bizim üçün vacib olan vətəndaşın aldığı tibbi xidmətdən məmnunluqdur”.