Bölgəmizdə, bütün ölkədə olduğu kimi, ulaqların sayı azalmaqdadır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadi rayonlar arasında Qazax-Tovuz (2949 baş), Lənkəran-Astara (2535 baş) və Quba-Xaçmaz (1552 baş, ötən il 1812 olub) öndə qərarlaşıb.
Eləcə də Dağlıq Şirvan iqtisadi rayonunda 513 baş və Şəki-Zaqatala iqtisadi rayonunda 542 baş qeydə alınıb.
Azərbaycanda 2014-cü ildə 43.4 min baş eşşək olub. 2024-cü ildə bu rəqəm azalaraq 14.900 təşkil edib. Son 1 il üçün geriləmə daha 2000 baş olub.