Azərbaycanın rayon və şəhərlərində qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb. Bu haqda ShimalNews 28 sentyabr tarixində Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2023-cü il sentyabrın 1-nə olan vəziyyətə görə, ölkə üzrə qeydiyyata alınmış ümumi işsizlərin sayı 235 882 nəfərdir.
Rayonlar üzrə göstəricilər:
Quba - 4598 nəfər, İsmayıllı - 3976 nəfər, Xaçmaz - 3568 nəfər, Qusar - 2871 nəfər, Şabran - 1561 nəfər, Siyəzən - 1443 nəfər, Xızı - 421 nəfər.