Şimal zonası üzrə orta aylıq əməkhaqqıları açıqlanıb. Bu barədə ShimalNews 18 avqust tarixində Banker.az-a istinadən məlumat verir.
Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə əsasən, Quba üzrə aylıq maaş 586.2 manat, Xaçmaz üzrə 566.9 manat, Qusar üzrə isə 556.4 manat təşkil edir. Şimal zonasında ən yüksək əməkhaqqı Siyəzən rayonunda qeydə alınıb. Burada bu göstərici 635.9 manatdır.
Qeyd edək ki, ölkə üzrə orta aylıq əməkhaqqı 827.1 manata çatıb.