Bayram günlərində “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı açıqlanıb. Bu haqda ShimalNews 4 iyul tarixində Azərtac-a istinadən məlumat verir.
Qurban bayramı və Silahlı Qüvvələr Günü münasibətilə elan olunan qeyri-iş günlərində kompleksi 4 min 747 nəfər ziyarət edib, mərkəzin tabeliyindəki hotellərin xidmətlərindən isə ümumilikdə 2 min 983 qonaq istifadə edib.
“Şahdağ” Turizm Mərkəzinin ərazisində bu il böyük göl açılıb. Burada qonaqlar həm üzə, həm də katamaranlarla vaxtlarını əyləncəli keçirə bilərlər.