Böyüklərdən ibarət milli komandanın və Təhsil İdman Mərkəzinin baş məşqçisi Vahid Tarverdiyev sambo idman növü haqqında danışıb.
Xalqqazeti.az-ın məlumatında görə, baş məşqçi Quba, Xaçmaz, Şabran, Siyəzən və başqa yerlərdə də məktəbyaşlı uşaqların sambo ilə məşğul olması üçün şərait yaradıldığını söyləyib.
V.Tarverdiyev qeyd edib ki, Təhsil Respublika İdman Mərkəzinin açıq birinciliklərində, eləcə də respublikadaxili digər turnirlərdə müxtəlif yaş qrupları üzrə uşaqlar güclərini sınayırlar.
“Bayramlarda nümunəvi çıxışlar bu idman növünə marağı daha da artırmaq məqsədi daşıyır. Digər tərəfdən, bölmələrə uşaq cəlb etmək üçün orta məktəblərlə əlaqə yaradılır.
Azərbaycanda bu idman növü son vaxtlar uşaqlar arasında geniş yayılıb. Güləş və döyüş idman növlərinin uşaqlar üçün üstünlüyü onlarda möhkəm xarakter formalaşdırmaq və dözümlülük yaratmaqdır. Silahsız özünü müdafiə etməyi öyrədən sambo yeniyetmə və gənclər arasında populyarlığı ilə seçilir”, - V.Tarverdiyev bildirib.