2025-ci ilin yanvarın 1-nə olan məlumatlara görə, Azərbaycanda 3103 donuz olub.
Modern.az-ın məlumatına görə, ötən illə müqayisədə donuzların sayında ciddi azalma olub.
Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəricilərdə, 2024-cü ilin əvvəlinə olan məlumatla müqayisədə donuzlar 30 %-dan çox azalıb.
Ölkəmizdə ən çox donuzun olduğu rayon Qaxdır. Burada 1228 donuz var. Qəbələ 670 donuzla ikinci sıradadır. İsmayıllıda isə 204 donuz qeydiyyata alınıb.
Statistikaya görə, Gəncədə 29, Goranboyda 34, Gədəbəydə 74, Siyəzəndə 25, Şabranda 7, Oğuzda 98, Kəlbəcərdə 100 donuz var.
Bakıda donuzların sayı 1404-dən 616-ya düşüb. Bu heyvanlar əsasən şəhərin Sabunçu rayonundadır.