Yaşma-Siyəzən qaz kəmərində sızmalar təmir ediləcək. Qusar şəhərində daşıyıcı qaz kəmərinin üzərində siyirtmələr əvəz ediləcək.
ShimalNews Xaçmaz Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, texniki işlər sentyabrın 12-si saat 10:00-da başlanılacaq.
Həmin vaxt Xızıda (Sitalçay kəndi, Giləzi QPS, Şurabad əhali, Yaşma ümumi, Yeni Yaşma kəndi, Hərbi Hissə 421A, Siyəzən Broyler ASC, Məşədi Həsən, Aqroterm MMC) ümumilikdə 2233 abonentin qaz təminatında fasilə yaranacaq. Qusar şəhərində isə 3950 əhali və 52 qeyri-əhali abonentin qazla təchizatı müvəqqəti dayandırılacaq.