Qusarın Hil kəndinin sakinləri içməli su çatışmazlığı ilə bağlı problemlərini rayon icra hakimiyyətinin başçısına çatdırıblar.
Shimal.News xəbər verir ki, görüşdə, həmçinin istismara yararsız elektrik dirəkləri və xətlərinin dəyişdirilməsi, məhəllədaxili yolların təmiri, örüş sahələrinin azlığı, yeni məhəllələrə qaz xəttinin çəkilməsi və digər məsələlərlə bağlı müraciətlər də edilib.
Kəndin elektrik şəbəkəsinin yenidən qurulmasına bu günlərdə başlanacağı bildirilib. Araşdırılması vaxt tələb edən digər məsələlər isə nəzarətə götürülüb və həlləri istiqamətində müvafiq tapşırıqlar verilib.
Sonda vətəndaşların qaldırdıqları içməli su məsələsi ilə əlaqədar kəndin bir hissəsini su ilə təmin edən gölə baxış keçirilib.