Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İntizam Komitəsinin qərarı ilə "Kavkaz" (Qusar) futbol komandasının baş məşqçisi Elman Eldarova 4 oyuna buraxılmamaq cəzası verilib.
Shimal.News xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Buna səbəb oktyabrın 19-da AFFA U-14 Liqasında keçirilən "Kavkaz" (Qusar) - "Siyəzən" oyununda baş məşqçi Elman Eldarovun qarşılaşmanın 17-ci dəqiqəsində meydana girərək hakimi təhqir etməsi olub.