Oktyabrın 24-dən 26-dək Gənclər və İdman Nazirliyi və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunan 24-cü “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi keçirilib.
Shimal.News xəbər verir ki, ümumilikdə 130 gəncin iştirak etdiyi düşərgə 3 gün davam edib. İştirakçılar “Canavarlar”, “Aslanlar”, “Zəfər”, “Mübarizlər”, “İgidlər”, “Əqrəblər” və “Qartallar” adlı komandalar üzrə bölünərək müxtəlif təlimlərə, idman yarışlarına və qrup çalışmalarına cəlb olunublar.
Düşərgə çərçivəsində gənclərin təşəbbüsü ilə ocaq ətrafında bədii gecə, “Məclisi-Üns” adlı mədəni proqram və intellektual oyun təşkil edilib. Tədbir gənclərin milli ruhda formalaşmasına, vətənpərvərlik dəyərlərinin təbliğinə və komandalararası dostluğun möhkəmləndirilməsinə xidmət edib.