Qusar Olimpiya İdman Kompleksində modern və hip-hop rəqslər üzrə ustad dərsləri keçirilib. Bu barədə ShimalNews 18 iyul tarixində məlumat verir.
Xoreoqraf Abid Aslanovun rəhbərliyi altında keçirilən dərslərdə “Gimnastika hamı üçün” və “Bədii gimnastika” bölmələrinin təmsilçiləri iştirak ediblər. Burada Qusar və Xaçmazdan olan müxtəlif yaş qrupları üzrə gənclər iştirak ediblər.