Qusar şəhəri Cavanşir küçəsində rabitə dirəyi hansısa məntiqlə düz yolun ortasına basdırılıb.
Bu barədə Shimal.News-a məlumat verən sakinlər bildirirlər ki, artıq bu vəziyyətlə bağlı xeyli vaxt keçsə də, müvafiq qurumlar məsələni araşdırmır.
“Avtomobillərin hərəkəti zamanı yolda olan bu maneə çətinlik yaradır. Problemin tez həll olunacağına inanırıq və xahiş edirik, bizə koməklik göstərəsiz ”, - deyə vətəndaşlar bildiriblər.
Посмотреть эту публикацию в Instagram