Qusar rayonunun Avaran kəndinə qazlaşdırılma işləri aparılıb.
Shimal.News xəbər verir ki, 382 evdən 186-na qaz xətti çəkilib və işlər davam etdirilir. Sakinlər məmnun və rahat olduqlarını bildiriblər.
Mavi yanacağın təminatı ilə bağlı tədbir keçirilib. Burada iştirak edən icra başçısı Sahir Məmmədxanov kəndliləri əlamətdar hadisə münasibətilə təbrik edib.
Ardınca şəhid Radik Şeydabəyovun qardaşı Ramik Şeydabəyov, şəhid Caviddin Azayevin qardaşı Fərəddin Azayev Avaran kəndinə təbii qazın verilişinin rəmzi olan məşəli yandırıblar.
