Qusarın Kuzunqışlaq kəndində nasos stansiyası istifadəyə verilib.
ShimalNews İcra Hakimiyyətinə istinadən xəbər verir ki, qurğunun 160 kVt gücündə mühərriki saatda 300 kub metr suyu nəql edəcək nasos sistemi və digər avadanlıqlar quraşdırılıb, 1500 paqon metr uzunluğunda polietilen boru xətti çəkilib.
Bu nasos stansiyası vasitəsilə Kuzunqışlaq kəndinin 190 ha pay torpaq sahəsi və 65 ha həyətyanı torpaqlar suvarma suyu ilə təmin olunacaq.
Stansiyanın inşasına 2020-ci ildən başlanılıb.