“Şahdağ Turizm Mərkəzi”ndə kanat gəzintisi pulsuzdur. Bu barədə ShimalNews 3 yanvar tarixində məlumat verir.
Məlumata görə, bu fürsət Yeni İl bayramı münasibətilə yaradılıb. Tətil günləri ərzində hər kəs yararlana bilər.
Hazırda əyləncə məkanının qarşısında insanların sıxlığı müşahidə olunur. Bayram günləri bitdikdən sonra rayonumuza səfər edən turist sayının statistikası açıqlanacaq.